İslam respublikası istənilən hücuma qətiyyətli cavab verəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikirlər İranın BMT-dəki nümayəndəliyinin bəyanatında əksini tapıb.
Bəyanatda nümayəndəlik son iki gündə Vaşinqtondan Tehrana çoxsaylı mesajlar göndərilməsi ilə bağlı xəbərləri təkzib edib: “Belə məktub mübadiləsi olmayıb. Buna baxmayaraq, İran İslam Respublikasının əsas siyasəti bundan ibarətdir ki, hər hansı bir tərəf İran torpağına və ya ölkə sərhədindən kənarda onun mənafeyinə, vətəndaşlarına hücum edərsə, qəti və sərt cavabla üzləşəcək”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl “Əl-Cəzirə” telekanalı İordaniyanın şərqindəki səhra bazasına hücumdan və üç amerikalı əsgərin öldürülməsindən sonra Vaşinqtonun üçüncü ölkə vasitəsilə İrana mesaj göndərdiyinə dair məlumat yayıb.