Romada İtaliya-Afrika sammiti keçirilib

Romada “Ümumi inkişaf üçün körpü” adlı İtaliya-Afrika sammiti təşkil edilib.


AZƏRTAC xəbər verir ki, sammitdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Afrika İttifaqının sədri Azali Assoumani, Afrika İttifaqı Komissiyasının Baş katibi Musa Faki Məhəmməd və Afrika ölkələrinin rəhbərləri iştirak ediblər.


Ciorcia Meloni bildirib ki, sammit İtaliyanın Afrika qitəsi ölkələri ilə tərəfdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir. Bu, İtaliyanın G7-yə sədrlik edəndən bəri ölkədə keçirilən ilk beynəlxalq tədbirdir.


Əvvəllər nazirlər səviyyəsində keçirilən İtaliya-Afrika sammiti ilk dəfədir ki, dövlət və hökumət başçılarının zirvə toplantısı statusunda baş tutub. Toplantıda Afrikanın çoxsaylı dövlət, hökumət başçıları və nazirləri, eləcə də Avropa İttifaqının nümayəndələri, BMT, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarının təmsilçiləri iştirak edib.


Sammitin sonunda Ciorcia Meloni və Azali Assoumani mətbuata açıqlamalar veriblər.


İtaliya Prezidenti Sercio Mattarella nümayəndə heyətlərinin başçılarını qəbul edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.