Yəməndə üsyançı hərəkat olan husilər Qırmızı dənizdə İsrail limanlarına doğru hərəkət edən ABŞ-ın ticarət gəmisini vurduqlarını açıqlayıblar.
“TRT Haber” bildirir ki, bu barədə husilərin hərbi sözçüsü Yahya Seri öz sosial media hesabında paylaşım edib.
ABŞ və İngiltərənin hücumlarına cavab verməkdən çəkinməyəcəklərini vurğulayan Seri, Qırmızı dənizdən keçən ABŞ və İngiltərə gəmilərinin onlar üçün qanuni hədəf olduğunu söyləyib.