Ukraynanın Luqansk vilayətinin işğal altındakı Lisiçansk şəhərində çörək sexinə raket düşüb.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, nəticədə 28 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır.
Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldlığı iddia edilir.
Ukrayna ittihamlara cavab verməyib.
Qeyd edək ki, 2022-ci il iyulun 3-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Lisiçansk şəhərini zəb etdiyini açıqlayıb. Şəhər uğrunda davam etmiş döyüşlər ərzində yaşayış məntəqəsi qismən dağılıb. Savaşdan öncə 100 mindən çox əhalisi olan şəhərdə, Rusiya rəsmilərinin məlumatına görə, cəmi 40 minə yaxın insan qalıb.