Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibə verib.
O, iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinə toxunub: “Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi qüvvələri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər. Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla söhbət etdim. Dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”, - Kemeron qeyd edib.