Xocalıda musiqi məktəbində çoxlu silah-sursat aşkarlanıb.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 “PK” markalı pulemyot sandığı, 1 ədəd “PK” markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd “F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd “M-75” əl qumbarası, 19 820 ədəd 5.45 mm-lik və 8 050 ədəd 7.62 mm-lik patron aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.