Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.
Senzor.az xəbər verir ki, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.
Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.
F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.
AVRO-2024 iyulun 14-də başa çatacaq.
**
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Məlumata görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.
Qeyd edək ki, Gürcüstan ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
**17:10
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Senzor.az-ın məlumatına görə, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Matçı almaniyalı Daniel Zibert idarə edir.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
**10:30
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.
Senzor.az bildirir ki, qarşılaşmalar E və F qruplarında baş tutacaq.
F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. İlk oyunlarında hər iki komanda məğlub olub.
Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.
E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdıracaqlar. Görüş saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.