İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı hücumlar nəticəsində insanların həlak olması ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

 

Senzor.az bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Başsağlığında deyilir:

 

"Hörmətli Vladimir Vladimiroviç,

 

Dağıstanda törədilmiş terror aktları nəticəsində mülki şəxslərin və hüquq-mühafizə orqanları əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.

 

Biz bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik.

 

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram".

 

Azərbaycan lideri Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova da başsağlığı məktubu ünvanlayıb.

 

Məktubda deyilir: 

 

"Hörmətli Sergey Alimoviç.

 

Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

 

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.