Avropa Birliyi Ukraynadakı işğalçı müharibəsinə görə Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiq edib.
Senzor.az bildirir ki, bu barədə Avropa Birliyi Şurasından məlumat verilib.
Məlumata görə, sanksiya tətbiq edilən 69 Rusiya vətəndaşı arasında Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Ayman Kadırova da var.
Bundan başqa, erməni əsilli rusiyalı mediamenecer və təbliğatçı Aram Qabrelyanov, müğənnilər Polina Qaqarina, Yaroslav Dronov (Şaman), aktyor İvan Oxlobıstin, Mariupol şəhərinin keçmiş meri Oleq Morqun, Rusiya Hərbi Dəniz Donanmasının komandanı Aleksandr Moiseyevə də sanksiya tətbiq olunub.