Türkiyə lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Dəməşq arasında siyasi əlaqələrin bərpasını istisna etmir.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə lideri cümə namazından sonra jurnalistlərə açıqlamasında iki qonşu ölkə arasında dialoqun bərpasının qarşısında heç bir maneənin olmadığını bildirib.


“Əlaqələrin qurulması üçün (Suriya ilə - red.) hər hansı bir məhdudiyyət yoxdur. Biz keçmişdə olduğu kimi, birgə hərəkət etməyə, əlaqələri inkişaf etdirməyə hazırıq. Türkiyə Suriyanın daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Bu cür məqsəd heç vaxt qoyulmayıb”, - deyə Türkiyə Prezidenti bildirib.


Ərdoğan Suriya xalqını qardaş xalq adlandırıb, Türkiyə ilə Suriya arasında münasibətlərin keçmişdə fəal şəkildə inkişaf etdiyini, iki ölkə liderlərinin isə ikitərəfli görüşlər keçirdiklərini xatırladıb.


“Bildiyiniz kimi, keçmişdə biz ailə üzvlərimizin iştirakı ilə cənab (Bəşər) Əsədlə danışıqlar aparmışıq. Yəni, dialoqdan qəti şəkildə imtina etmək düzgün deyil, təmaslar mümkündür”, - deyə Prezident vurğulayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.