Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından Senzor.az-a verilən məlumata görə, 59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova finalda Yelena Kurova (AİN) ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə təmsilçimiz 14:10 hesabı ilə qələbə qazanaraq, Avropa çempionu olub.
Elvina Kərimzadə (50 kq) bürünc medal uğrunda finlandiyalı Roberta Luostarinenlə qarşılaşıb. Görüş rəqib idmançının tam üstünlüyü ilə başa çatıb.
Nərgiz Səmədova (55 kq) isə rusiyalı Yekaterina Çikanova (AİN) ilə güləşib. 1:8 hesabı ilə uduzan Nərgiz də çempionatı medalsız başa vurub.