Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində yazıb.
O, ABŞ-ın Gürcüstanla birgə hərbi təlimlərinin təxirə salınmasını şərh edib.
“Gürcüstan hökuməti Rusiyanın xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdılar, sonradan isə amerikalı tərəfdaşları ittiham etməklə onları təhqir etdilər. İndi də bizim strateji əməkdaşlığımızı təhlükə altına atırlar. Bu əməkdaşlıq bizim müdafiə qüvvələrimizin inkişafı və NATO standartlarına yaxınlaşmağımızın əsasını təşkil edir”, - o yazıb.
Xatırladaq ki, bu gün Pentaqon bəyanat verərək ABŞ-nin ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə "Noble Partner" hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldığını bəyan edib.