Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
Senzor.az bildirir ki, görüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Niderland millisinin qollarını Stefan De Vray və Kodi Qakpo vurublar. Türkiyənin yeganə qoluna isə Samət Akaydın imza atıb.
Bununla da Niderland yarımfinala vəsiqə qazanıb və İngiltərə seçməsinə rəqib olub.
**00:35
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçına start verilib.
Senzor.az bildirir ki, qarşılaşma Berlin şəhərindəki Olimpiya stadionunda keçirilir.
Oyunu fransalı baş hakim Klement Turpin idarə edir.
Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da stadionda - qarşılaşmanı canlı izləyənlər arasındadır.
**
Türkiyə hesabı açdı. Samet Akaydin 35-ci dəqiqədə fərqləndi.
**
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ilk hissə başa çatıb.
Türkiyə yığması fasiləyə 1:0 üstünlüklə yollanıb. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına qol vurub.
**
Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.
Oyunun birinci hissəsindən sonra Türkiyə seçməsi 1:0 hesabı ilə öndədir.
**
Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması 6 dəqiqə ərzində iki qol vuraraq hesabda önə çıxıb.
Əvvəlcə Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.