Putin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması üçün danışıqlar variantını nəzərdən keçirir - ƏRDOĞAN
Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün danışıqların Türkiyədə aparılması variantını nəzərdən keçirdiyini bildirib.


“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə lideri Almaniyadan qayıdarkən jurnalistlərə söyləyib.


“İndi elə bir mərhələdəyik ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi biz də eyni addımı atacağıq. Çünki əvvəllər Suriya ilə düşmən deyildik, Əsədlə ailə kimi görüşmüşdük. İstənilən vaxt dəvətlərimizi göndərə bilərik. Ümid edirik ki, bunun sayəsində Türkiyə-Suriya münasibətlərini keçmişdəki səviyyəyə qaldıra biləcəyik. Putinin Türkiyədə görüş keçirməklə bağlı fikirləri var. İraqın baş nazirinin də bu məsələyə öz yanaşmaları var. Biz həmişə vasitəçilikdən danışırıq, amma qonşularımız niyə vasitəçi ola bilmir?”, – o deyib.

**16:49

Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik.


“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.


Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə dünən Suriya ilə düşmən olmayıb: “Biz Əsəd ailəsi ilə görüşürdük. Biz dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrinin keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər. Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür. Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!”.

**15:28

Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.


O bildirib ki, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir: "Bu yaxınlarda İranda seçki oldu və Azərbaycan əsilli türk Prezident seçildi. Yeni Prezident Məsud Pezeşkian türk kimliyini gizlətməyən biridir. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada kürdcə danışa bilir. O həm də fars dilini gözəl bilir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.