Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Senzor.az bildirir ki, S.Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışıb.
1993-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.