
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
"Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Müdafiə Nazirliyindən bildirilib.
Bu arada dəqiqləşdirilib ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayonunun Bozalqanlı kəndindəndir.
24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğlu olub. Ondan böyük bir qardaşı var. O, subay olub.
A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!