Son bir həftə ərzində Türkiyənin 19 bölgəsində PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 40 şübhəli saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.
Qeyd edilir ki, Respublika Prokurorluqları və Jandarmanın Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə bölgələrdəki Jandarma komandanlıqları tərəfindən Adıyaman, Ağrı, Antalya, Ardahan, Aydın, Burdur, Diyarbəkir, Hatay, Kahramanmaraş, Qars, Kilis, Manisa, Mersin, Muğla, Siirt, Şanlıurfa, Şırnak, Tekirdağ və Van bölgələrində PKK/KCK terror təşkilatına qarşı “Gürz-30” əməliyyatları keçirilib.
O, əməliyyatlar zamanı 40 şübhəlinin saxlanıldığını bildirib.