Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Səhiyyə Nazirliyinin tabeliyində olan helikopter binaya çırpıldıqdan sonra yerə düşüb.
Hadisə nəticəsində dörd nəfər həlak olub. Onlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.
Xəsarət alanlar barədə məlumat yoxdur.