İran Prezidenti Məsud Pezeşkian Təbrizə səfəri zamanı ürək əməliyyatı edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident əvvəllər işlədiyi Şahid Mədani xəstəxanasına baş çəkib və pasiyentlərdən birinin ürək əməliyyatını şəxsən həyata keçirib.
Qeyd edək ki, Məsud Pezeşkian ixtisasca ürək cərrahıdır və siyasətə başlamazdan əvvəl uzun illər ölkə üzrə tibb mərkəzlərində ürək cərrahı kimi fəaliyyət göstərib.
Əməliyyatla bağlı digər detallar açıqlanmayıb.