Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən məlumat verilib.

 

Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

 

NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

 

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.

  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.