Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib - VİDEO/FOTO

Mayın 23-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

 

Senzor.az bildirir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze çıxış edərək bildirib ki, ölkəsinin çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 26-sı xüsusi əhəmiyyət kəsb edir. Həmin tarixdə Gürcüstan Demokratik Respublikası yaradılaraq gürcü xalqının müstəqil, vahid və azad dövlət qurmaq arzusu reallaşıb.

 

Regionda və dünyada sülhün və sabitliyin əhəmiyyətindən danışan səfir Gürcüstan hökumətinin münaqişələrin sülh yolu ilə həlli siyasətinə sadiq olduğunu bildirib, Azərbaycanın bu mövzuda dost, strateji tərəfdaş kimi ölkəsinə göstərdiyi dəstəyə minnətdarlığını ifadə edib.

 

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərindən söz açıb.

 

Milli Məclisin sədri iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, enerji və nəqliyyat layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun Gürcüstanda həyata keçirdiyi sosial-humanitar təşəbbüslərin xalqlar arasında yaxınlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

 

Sonda S.Qafarova yaxın gələcəkdə əlaqələrin daha da inkişafına və xalqların tərəqqisinə xidmət edəcəyinə əminliyini bildirib, Gürcüstana sülh, sabitlik və uğurlar arzulayıb.

 

Tədbirdə Gürcüstan və Azərbaycanın milli mahnıları səsləndirilib. Qonaqlar, həmçinin gürcü zərgərlik və milli geyim nümunələrinin sərgisinə baxmaq imkanı əldə ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.