Misir Mərdanovdan DİM sədrinə reaksiya: “ONLARI ƏZMƏYƏK”

"Abituriyentlərin bir qismi imtahan verib. Mərhələli şəkildə digər abituriyentlərin də imtahanı olacaq. Onlara səbrli olmağı arzu edirəm. Tələsməsinlər, vaxtlarından səmərəli istifadə etsinlər, yaxşı bal toplayıb arzuladıqları ali təhsil ocaqlarına daxil olsunlar".

 

Bu sözləri Teleqraf-a Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov deyib.

 

Akademik ölkədə təhsillə bağlı ikili strukturun olmasından danışıb: “Bəzən Elm və Təhsil Nazirliyi ilə yanaşı, Dövlət İmtahan Mərkəzinin, yəni, ikili strukturun olması çətinliklər yaradır. Amma yaxın zamanlarda bu iki strukturun birləşdirilməsi ehtimalını görmürəm. Sadəcə, hər iki məsələdə camaatın, millətin, imtahan verənlərin xeyrinə bəzi məsələləri təkmilləşdirmək olar. Hər halda çalışmalıyıq ki, imtahan verənlərimizin uğuruna sevinək, onları çox əzməyək”.

 

Misir Mərdanov Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin təhsil ekspertləri ilə bağlı mövqeyinə də münasibət bildirib: “Yaxşı olardı ki, bu mövzuya onların özləri cavab versinlər. Kim özünü təhsil eksperti hesab edirsə, onlar da buna cavab verməlidirlər”.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təhsil ekspertlərini ictimai fikir formalaşdırmaqda, yazdıqları status və paylaşımlarla özlərini reklam etməkdə, məşhurlaşaraq pul qazanmaqda ittiham etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.