Fransada etiraz edən fermerlər traktorlarla parlamentin qarşısına gəldilər - VİDEO

Fransada etiraz edən fermerlər paytaxtın İl-de-Frans bölgəsində avtomobil yollarını bağlamağa başlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyalar FRSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.

 

"Mayın 26-da səhər saatlarında İl-de-Frans bölgəsinin bir neçə yolunda, xüsusilə Yvelin və Val-d'Oise departamentlərində nəqliyyatın hərəkəti çətinləşib", - nəşr qeyd edib.

 

Onlar traktorlarla yollarda aşağı sürətlə hərəkət edərək qəsdən nəqliyyat axınını yavaşladıblar…

 

Etiraz edən fermerlər bir az əvvəl traktorlarla Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya binasının yanına gəliblər. Burada kənd təsərrüfatı haqqında qanun layihəsinin müzakirəsinə başlanılır.

 

Onlarla traktor birbaşa parlament binasının qapıları qarşısında saxlanılıb. Onlara aksiyaya təşkilatçılıq edən FNSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının bayraqları bərkidilib.

 

Məlumata görə, aksiyaya təxminən 200 nəfər qoşulacaq. Təşkilatçıların sözlərinə görə, aksiya şəhər prefekturası ilə razılaşdırılıb.

 

Bildirilib ki, aqrarçılar qanun layihəsini dəstəkləyirlər, lakin sol partiyalardan olan deputatların təklif etmək niyyətində olduqları çoxsaylı düzəlişlər səbəbindən müzakirənin uzanacağından qorxurlar.

 

Xatırladaq ki, ötən həftə fermerlər artıq ölkənin şimalında yerləşən Nor və Pa-de-Kale departamentlərində bir neçə avtomobil yolunu bağlamışdılar. Təsərrüfatçılar bürokratik proseduru sadələşdirməli və pestisidlərin istifadəsinə dair məhdudiyyətləri yenidən nəzərdən keçirməli olan qanun layihəsindən narazıdırlar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.