Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Senzor.az bildirir ki, görüş bir saat davam edib.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mənbələrindən əldə edilən məlumata görə, görüşdə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüslər, iki ölkənin rəsmiləri arasında mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra baş verən proseslər, habelə iqtisadiyyat və enerji sahəsində ikitərəfli məsələlər müzakirə edilib.
Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.