ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi

ABŞ Dövlət katibi Marko Rubio 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Senzor.az bildirir ki, ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda belə deyilir.

 

“Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir.

 

Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq. Son 33 il ərzində qurulmuş tərəfdaşlığımız təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi artım sahələrində ümumi maraqları irəli sürməyə davam edir. Biz əməkdaşlığımızı dərinləşdirmək, Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək naminə birgə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Rubio əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.