Gürcüstanda müxalifət lideri saxlanıldı

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya Tbilisidə saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müxalifət lideri Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin polis əməkdaşını təhqir etməni nəzərdə tutan maddəsi əsasında inzibati qaydada həbs edilib.

 

Qeyd olunub ki, müvafiq qərarın qəbul edilməsi üçün Nika Melia məhkəməyə çıxarılacaq.

 

Melianın mətbuat xidməti onun Lisi gölünün yaxınlığında televiziya proqramlarında birində iştirak üçün yol gedərkən polislər tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

 

Qeyd edək ki, Melia parlamentin Müvəqqəti İstintaq Komissiyasının sessiyasına sorğulanma üçün çağırılsa da iştirakdan imtina edib və bundan sonra ona Cinayət Məcəlləsinin 349-cu - Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının müraciətindən yayınma” maddəsi ilə ittiham irəli sürülüb.

 

Bu ittihama görə cərimələnmə, bir ilə qədər həbs cəsası və ya üç ilə qədər islah işləri nəzərdə tutulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.