Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri “Pautina” əməliyyatının detallarını açıqladı - VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın arxa cəbhəsində yerləşən dörd hərbi aerodroma eyni vaxtda üç fərqli saat qurşağında zərbə endirmək məqsədilə “Pautina” (“Hörümçək Toru”) əməliyyatı  keçirib.

 

Senzor.az UTX-nin “Telegram” kanalına istinadla xəbər verir ki, bu barədə qurumun rəhbəri Vasili Malyuk məlumat verib.

 

Onun sözlərinə görə, dron hücumları nəticəsində Rusiyanın strateji aviasiyasına məxsus 41 təyyarəyə zərər dəyib. Onların arasında A-50, Tu-95, Tu-22 M3 və Tu-160 tipli təyyarələr də var.

 

“Bombardmançı təyyarələrin məhv edilməsi bizə Prezident Volodimir Zelenski tərəfindən verilmiş tapşırıq idi. Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən hazırlanmış xüsusi əməliyyata özü şəxsən nəzarət edirdi. Rusiya demək olar ki, hər gecə məhz bu təyyarələrlə ərazilərimizi bombalayırdı, bu gün isə artıq əyani şəkildə hiss etdi ki, “qisas qaçılmazdır”. UTX Ukraynanı qorumaq və Rusiyanın atəşlərini dayandırmaq üçün əlindən gələni edib və etməyə davam edəcək”, – deyə o bildirib.

 

Hazırlıq prosesi bir ildən çox davam edən “Pautina” adlı xüsusi əməliyyatı hazırlayan işçi qrupuna UTX başçısı şəxsən rəhbərlik edib.

 

Əməliyyat nəticəsində UTX-yə məxsus dronlar Rusiyanın “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” adlı dörd hərbi aerodromundakı hədəflərə eyni vaxtda zərbələr endirib. Bu əməliyyatla bir anda ən çox sayda hava texnikasını sıradan çıxarmaq mümkün olub.

 

“Ümumilikdə, söhbət Rusiyanın əsas aerodromlarında yerləşən qanadlı raket daşıyan strateji aviasiyanın 34 faizinin sıradan çıxarılmasından gedir. Bu, Rusiya aviasiyasına vurulmuş dağıdıcı zərbə və ciddi hücum idi”, – deyə V. Malyuk vurğulayıb.

 

Qeyd olunur ki, zərər görmüş Rusiya strateji aviasiyasının təxmini dəyəri 7 milyard ABŞ dollarından çoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.