Ukrayna Krım körpüsünü partlatdı
VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsündə partlayış etdiklərini açıqlayıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, qurumun rəsmi açıqlamasında bildirilir ki, UTX-nin agentləri Krım körpüsündə qeyri-qanuni obyektin dayaqlarını minalayıblar.

 

"Bu gün, heç bir mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

 

Açıqlamada bildirilir ki, dəstəklərin sualtı dayaqları aşağı səviyyədə ciddi zədələnib.

 

UTX-nin məlumatına görə, “trotil ekvivalentində 1100 kq partlayıcı” yerləşdirilib və “əməliyyat bir neçə ay davam edib”.

 

Rusiya ordusu hadisəyə münasibət bildirməyib. Krım körpüsünün rəsmi teleqram kanalı səhər saat 6:07-də nəqliyyatın hərəkətinin müvəqqəti bağlandığını bildirib. Səhər saat 9:00-da nəqliyyatın hərəkəti bərpa edilib.

 

Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri Vasili Malyukun birbaşa nəzarəti altında həyata keçirilib.

 

Malyuk bunu Krım körpüsünə qarşı həyata keçirilən üçüncü uğurlu əməliyyat adlandırıb: "Atalar üçdən deyib, UTX isə başladığı işi sona çatdırır və heç vaxt təkrarlamır. Biz 2022 və 2023-cü illərdə artıq iki dəfə Krım körpüsünə zərbə endirmişdik. Bu gün isə bunu sualtı üsulla davam etdirdik. Krım körpüsü, xüsusilə də düşmənin onu logistika dəhlizi kimi istifadə etdiyini nəzərə alsaq, tamamilə qanuni hədəfdir", - deyə qurum rəhbəri bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.