Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.
"Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 9 kiloqram 376 qram narkotik vasitə marixuana və 560 ədəd narkotik tərkibli metadon M- 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.