Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkə arasındakı münasibətləri və regional məsələləri müzakirə ediblər.
"Liderlər Ermənistan-Türkiyə münasibətlərinə və regional hadisələrə dair məsələləri müzakirə ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılağa gəliblər", - məlumatda bildirilib.
Bundan əlavə, Paşinyan Türkiyə liderini Qurban bayramı münasibətilə təbrik edib.
Türkiyə Prezidentinin dəftərxanasının məlumatına görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
R.Ərdoğan söhbət zamanı Cənubi Qafqazda vəziyyətin hərtərəfli normallaşmasının və Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının əhəmiyyətini vurğulayıb.