Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bir neçə gün əvvəl İstanbulda keçirilən növbəti raundunu tarixi hadisə kimi qiymətləndirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Qurban bayramı münasibətilə təbrikində deyib.
Dövlət başçısı rəsmi Ankaranın tərəflər arasında ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirəcəyini diqqətə çatdırıb.
O, həmçinin Suriyadakı durum barədə də danışıb: “Qonşumuz Suriyada yeni administrasiyanın ölkənin milli birliyi, ərazi bütövlüyü və davamlı inkişafı üçün apardığı mübarizəni yüksək qiymətləndiririk. İnanırıq ki, bölgədəki bütün qardaş ölkələrin dəstəyi ilə Suriya davamlı sülhə nail olacaq və əvvəlki günlərinə qayıdacaq".