Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bəyan edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.
Ermənistan MTX bildirib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür.