İrəvanda Matviyenkonun gəlişinə ETİRAZ və DƏSTƏK AKSİYALARI
VİDEO

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Valentina Matvienkonun İrəvanda parlamentin sədri ilə görüşdüyü zaman kiçik bir qrup Milli Məclisin binası qarşısında Avropa İttifaqının bayraqları ilə etiraz aksiyası keçirib.

 

Etirazçılar "Rusiya satqındır", "Rusiya sülhpərvər deyil, alverçidir" şüarları ilə anti-Rusiya plakatları nümayiş etdiriblər.

Aksiya “Respublika uğrunda” partiyasının sədri Arman Babacanyanın təşəbbüsü ilə baş tutub. 

 

Bir müddət sonra həmin əraziyə Rusiya ilə dostluq və tərəfdaşlıq şüarları səsləndirən başqa bir qrup yaxınlaşıb. Onların əllərində  "Tarixlə möhkəmlənmiş qardaşlıq", "Qardaş xalqlar - ortaq gələcək" yazılmış plakatlar da olub.

 

Bəzi şəxslərin qışqırtıları mübahisəyə səbəb olub, amma polis müdaxilə edərək mübahisənin davaya çevrilməsinin qarşısını alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.