2024/25-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
Senzor.az bildirir ki, İspaniya ilə final matçında Portuqaliya millisi iki dəfə hesabda geri düşsə də, bərabərliyə nail olub və sonra penaltilər seriyasında qalib gəlib.
Komandasını ikinci qolunu vuran Kriştiano Ronaldu 88-ci dəqiqədə əvəzlənib (Yeri gəlmişkən, Ronaldu millinin heyətində vurduğu bu 138-ci qolla dünya rekordunu yeniləyib. Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb). Alvaro Morata isə penaltilər seriyasında fərqlənməyərək komandasının məğlubiyyətinə səbəb olub.
Beləliklə, Portuqaliya komandası tarixində 2-ci dəfə UEFA Millətlər Liqasının qalibi olub.