Paşinyan II Qaregini istefaya çağırdı:
O, SUBAYLIQ ƏHDİNİ POZUB, ÖVLADI DA VAR

"II Qaregin öz könüllü subaylıq əhdini pozub və uşağı var".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu sosial şəbəkə hesablarında yazıb.

 

"Bu faktdır və əgər II Qaregin bunu təkzib etməyə cəhd göstərərsə, mən bunu lazımi formada sübut edəcəyəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin kanonik hüququna əsasən, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilərdi. O, katolikos ola bilməz. Ktrich Nersisyan Patrixar iqamətgahını tərk etməlidir.

  

Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir obrazına və daşına sevgi ilə yanaşan bir insan kimi bəyan edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yenidən seçilmiş bir katolikosu olmalıdır və bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikos seçkilərindən əvvəl yoxlanmalı və təsdiqlənməlidir.

 

Müqəddəs Erməni Apostol Kilsəsinin inanclı davamçılarını Patrixar iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram", - paylaşımda qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.