Türkmənistan ABŞ Prezidentinə etiraz etdi

Türkmənistan ölkə vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlərin qoyulmasından narahatlığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

XİN bəyan edib ki, KİV-də Türkmənistan vətəndaşlarının ABŞ-a girişinə qismən qadağa tətbiq edilməsi barədə xəbərlərin yayılması Aşqabadda anlaşılmazlıq və narahatlıq yaradıb.

 

Nazirlik qeyd edib ki, Aşqabad ABŞ-ın bu qərarını geniş sahələr üzrə ikitərəfli Türkmənistan-ABŞ əməkdaşlığının yüksək nəticələrini və onun hazırkı müsbət inkişafını və miqrasiya siyasəti kimi mühüm sahədəki inkişafı nəzərə almayan tələsik addım kimi qiymətləndirir.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl 12 ölkənin vətəndaşlarının ölkəsinə girişinə qadağa qoyub, daha 7 ölkənin sakinləri üçün isə qismən məhdudiyyətlər tətbiq edib. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.