İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik məktubu göndərib.

 

Senzor.az bildirir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Navrotskiy,

 

Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

 

Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.