Azərbaycan millisi Macarıstanla yoldaşlıq görüşündə məğlub oldu

Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

 

Senzor.az bildirir ki, yığma komandamız Macarıstanla qarşılaşıb. “Liv Bona Dea Arena”da təşkil olunan oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Macarların heyətində Bernabaş Varqa ilə Dominik Soboslai fərqləniblər. Millinin yeganə qoluna isə Renat Dadaşov imza atıb.

 

Matçı belaruslu baş hakim Viktor Şimusikin idarə edib.

 

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli iyunun 7-də Riqada Latviya ilə qolsuz heç-heçə edib.

 

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyundan sonra təşkil olunan mətbuat konfransında deyib: “Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Təlim-məşq toplanışında istədiyim nəticələri gördüm”.

 

O, komandada çatışmazlığın olduğunu da bildirib: “Lakin bunun üzərində işləyirik. Çalışırıq ki, daha çox inkişaf edək. Əvvəlki ilə müqayisədə milli komanda yaxşı mübarizə apardı”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.