Kaliforniya qubernatoru amerikalılara çağırış etdi:
"QORXDUĞUMUZ MƏQAM GƏLİB ÇATDI"

Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdəki etirazlar fonunda ABŞ vətəndaşlarını Prezident Donald Tramp və onun siyasətinə qarşı çıxmağa çağırıb.

 

Lenta.ru-nun xəbərinə görə, bu barədə o, xalqa müraciətində bildirib.

 

Nyusomun sözlərinə görə, Tramp istəyir ki, ABŞ vətəndaşları sussunlar. Siyasətçi qeyd edib ki, Kaliforniya Trampın yolunda dayanan ilk ştat ola bilər, lakin hər şey bununla bitməyəcək.

 

"Ona təslim olmayın. Digər ştatlar növbətidir. Demokratiya növbətidir. Demokratiya gözümüzün qabağında hücuma məruz qalır. Qorxduğumuz bu məqam gəlib çatdı", - deyə Qevin Nyusom qeyd edib.

 

Xatırladaq ki, daha əvvəl Kaliforniya ştatının rəhbəri Trampın Los-Ancelesə qoşun yeritmək qərarına qarşı çıxıb və məhkəmədə iddia qaldırıb.

 

"Məhkəmələr dərhal bu qanunsuz hərəkətlərin qarşısını almalıdırlar", - deyə o yazıb.

 

Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib. ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbilə Los-Ancelesə Milli Qvardiyanın 2000 üzvündən başqa Dəniz Piyadaları Korpusunun 700-ə yaxın hərbçisinin də göndəriləcəyini təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.