ABŞ Prezidenti Donald Tramp milyarder, iş adamı İlon Maskla barışa biləcəyini deyib.
Tramp bu barədə fikrini “New York Post”da yayımlanan podkastda səsləndirib.
Dövlət başçısı vurğulayıb ki, indi onun yeganə funksiyası ölkəni əvvəlkindən daha yüksək səviyyəyə qaytarmaqdır.
İlon Mask da bu gün X hesabında prezidentlə bağlı yazdığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.