İran yüksəkrütbəli məmurların ölümünü rəsmən təsdiqlədi - YENİLƏNİB, FOTO

İranın Müdafiə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandirlərinin ölüm xəbərini rəsmən açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə idarənin sosial şəbəkədəki hesabında məlumat verilib.

 

"Dərin kədər və sarsılmaz qürur hissi ilə biz SEPAH-ın yüksəksəviyyəli komandirləri - general-mayor Məhəmməd Baqiri (Silahlı Qüvvələrin Baş Qərargah rəisi), general-mayor Qulam Əli Rəşidin ("Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının komandanı) və general-mayor Hüseyn Salaminin (SEPAH-ın baş komandanı), eləcə də bir sıra elm adamları, həmvətənlərimiz və xüsusilə qadınlar və uşaqların şəhid olduqlarını elan edirik.

 

Bu hücumda nahaq yerə tökülən qan cavabsız qalmayacaq. İndi qisas İran Silahlı Qüvvələri tərəfindən fəal şəkildə həyata keçirilən müqəddəs bir missiyadır və ədalət zəfər çalana qədər davam edəcək", - deyə məlumatda vurğulabıb.


**07:31


İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami həlak olublar.

 

Senzor.az bildirir ki, bu barədə İran KİV-I məlumat yayıb.

 

Öz növbəsində “SEPAH” da bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib.

 

Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.

 

Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin vəfatına səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.