İsrail Hərbi Hava Qüvvələrinin iyunun 13-dən davam edən hava hücumları zamanı İranın raket buraxılış qurğularının 40 faizi məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir bu barədə İsrailin Müdafiə Qüvvələrindən məlumat verilib.
“İrandan raket zərbələrinin azalmasının səbəbi İsrail hərbi aviasiyasının raket buraxılış qurğuları və raketlərə qarşı davamlı fəaliyyətidir. İndiyədək İranın raket buraxılış qurğularının 40 faizi məhv edilib”, - məlumatda deyilir.