Paşinyan Karapetyanın həbsindən danışdı:
“HEÇ KİMƏ DÖZMƏYƏCƏM!”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda saxlanılan iş adamı Samvel Karapetyanla bağlı açıqlama verib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Paşinyan jurnalistlərə bildirib ki, iş adamı və xeyriyyəçi Samvel Karapetyanın bir müddət öncəki bəyanatı kilsəyə deyil, Ermənistana aiddir.

 

"Onlar elə təəssürat yaratmağa çalışıblar ki, kimlərsə haradansa Ermənistana gəlib özlərinə görə nəsə edə bilər. Ermənistanın konkret reaksiya rıçaqları var və mən heç kimə dözməyəcəyəm və ən sərt tədbirlər tətbiq edəcəyəm", - baş nazir qeyd edib.

 

Paşinyanın sözlərinə görə, Ermənistan demokratik dövlətdir və burada hər kəs öz fikrini bildirmək, mitinq keçirmək hüququna malikdir, lakin heç kim Ermənistanı təhdid edə bilməz.

 

Samvel Karapetyan bu gün İstintaq Komitəsinə aparılıb və onun barəsində cinayət işi başlanıb.

 

Xatırladırıq ki, Samvel Karapetyan bir neçə gün öncə Paşinyanın din xadimlərini tənqid etməsi fonunda Erməni Apostol Kilsəsini dəstəkləyən bəyanat verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.