Dünən Tehran küçələrində ABŞ əleyhinə aksiya keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyaya İran Prezidenti Məsud Pezeşkian da qatılıb.
Bildirilir ki, ABŞ-ın ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra iranlılar etiraz əlaməti olaraq şüarlar və pankartlarla küçələrə axışıblar.