Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüvvələri üçün qanuni hədəflərin dairəsini genişləndirib.
“The Times of Israel” xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfəkari bildirib.
Onun sözlərinə görə, ABŞ öz hərəkətlərinə görə ağır nəticələr gözləməlidir.
"Cənab Tramp, siz oyunçusunuz, siz bu müharibəni başlaya bilərsiniz, amma onu biz bitirəcəyik", - nümayəndə vurğulayıb.