İranın qərbində, şərqində və mərkəzində yerləşən altı aerodromu hədəfə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsrail ordusunun bəyanatında belə deyilir.
“Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı anqarlara, tanker təyyarələrinə, həmçinin İran rejiminə məxsus F-14, F-5 və AH-1 təyyarələrinə ziyan vurub”, - deyə bəyanatda bildirilib.
İsrail ordusu İran Hərbi Hava Qüvvələrinin bu aerodromlardan havaya qalxma qabiliyyətini və əməliyyatlarını pozduğunu iddia edib.