ABŞ vasitəçilərlə İrana mesaj göndərdi: İSRAİL MÜHARİBƏNİ DAYANDIRMAQ İSTƏYİR

ABŞ bəzi region ölkələri vasitəsilə İrana,  İsrailin müharibəyə tezliklə son qoymağa çalışdığını çatdırıb.

 

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadla məlumat yayıb.

 

Nəşrin yazdığına görə, İsrail İrandakı hədəflərə zərbələr endirməkdə davam etsə də, müharibəni dayandırmağa çalışır.

 

“Tehran təhlükəli seçim qarşısındadır: ya ABŞ-a cavab zərbəsi endirməli və müharibənin genişləndirilməsi riskini gözə almalı, ya da mümkün güzəştlərlə nüvə danışıqlarına qayıtmalıdır”, - ABŞ nəşri qeyd edib.

 

İran buna cavab olaraq, hərbi kampaniyanı indiki mərhələdə bitirməyə hazır olmadığı və ABŞ-ın nüvə obyektlərinə hücumuna cavab vermək məcburiyyətində olduğu mesajını verib.

 

İsrail rəsmiləri isə nəşrə açıqlamalarında ümid etdiklərini bildiriblər ki, İran danışıqlar masasına qayıtmağa və ABŞ ilə razılaşma çərçivəsində nüvə proqramından imtina etməyə razı olacaq. Həmçinin İsrail rəsmiləri söyləyiblər ki, İsrail İranın nüvə infrastrukturu və proqramını bərpa etmək səylərini təsbit edərsə, konkret hədəflərə yönəlik hücumlar davam edəcək.(Teleqraf)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.