Təhlükəsizlik qüvvələri Ermənistanın "Müqəddəs mübarizə" müxalifət hərəkatının lideri, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanı saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, din xadimi iqamətgahından çıxarılıb və avtomobilə mindirilərək naməlum istiqamətdə aparılıb.
"Sakit olun, hər şey yaxşı olacaq", - deyə Qalstanyan ona yaxınlaşmaq istəyən tərəfdaşlarına səslənib.

Ermənistan İstintaq Komitəsi müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparır.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Müqəddəs mübarizə" adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar", - İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib.