Ter-Petrosyan II Qareginlə birləşdi və Paşinyana mesaj göndərdi:
“YENƏ UDUZACAQSAN...”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bütün ermənilərin katolikosu II Qaregini şəxsi iqamətgahında qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə sabiq prezidentin mətbuat katibi Arman Musinyan məlumat verib.

 

“Bir saata yaxın davam edən söhbət zamanı Ermənistandakı mövcud vəziyyət qiymətləndirilib, müzakirələr Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı elan etdiyi müharibə və iş adamı Samvel Karapetyanı həbs etdirməsi  kontekstində aparılıb.

 

Birinci prezident görüşdə Paşinyanı “məğlubiyyətin təcəssümü” adlandırıb və qeyd edib ki, o, Qarabağ müharibəsində biabırçı şəkildə uduzub və erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq”, - Musinyan bildirib.

 

Levon-Ter Petrosyan görüşdə Nikol Paşinyana qarşı II Qareginə dəstəyini bir daha bəyan edib.

 

Xatırladaq ki, Levon Ter-Petrosyan bu ayın 7-də Eçmiədzin kilsəsinə gedərək II Qareginlə şəxsi söhbət etmiş, onda da Paşinyanla qarşıdurmada dini lideri dəstəklədiyini bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.