İsrail İrana qarşı əməliyyata 2010-cu ildən hazırlaşmağa başlayıb.
Bu barədə xarici KİV İsrail kəşfiyyat xidmətlərinin sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail kəşfiyyatçıları illərlə İrandakı agentləri vasitəsilə İranın nüvə proqramının inkişafını izləyiblər. Onlar Tehran və İsfahandakı uranın zənginləşdirilməsi sentrifuqalarının istehsalının dəqiq yerini müəyyənləşdirib, həmçinin yeraltı binalar, enerji təchizatı infrastrukturu, transformator stansiyası, havalandırma və soyutma kanalları da daxil olmaqla, Natanz sahəsi haqqında ətraflı məlumat əldə ediblər.
İsrail kəşfiyyatı İranın 2024-cü ilin sonundan tədqiqat mərhələsindən nüvə silahı hazırlamağa keçəcəyini bilirmiş.
Məlumatda həmçinin, İranın uzun mənzilli raketlərin istehsalını ildə 1000 ədədə, bu tip silahların ümumi ehtiyatlarını isə 8000 ədədə çatdıracağı güman edilirdi.
"Teleqraf" xatırladır ki, ekspertlərin fikrincə, İran münaqişənin başlanğıcında 2500-ə qədər ballistik raketə malik idi.